Fransa prezidentinin qızlığı məhkəmədə ifadə verdibackend

Fransa prezidentinin qızlığı məhkəmədə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris məhkəməsində Fransanın birinci xanımı Bricit Makronun qızı, vəkil Tifen Ozyer ifadə verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

Ozyer bildirib ki, məhkəməyə “anasının yaşadığı ağrıları dilə gətirmək” üçün gəlib. Çünki təxminən 2021–2022-ci illərdən başlayaraq, anasının həyat şəraitinin və sağlamlığının pisləşdiyini hiss etməyə başlayıb, belə ki, anası guya cinsini dəyişməsi barədə ağlasığmaz sui-qəsd nəzəriyyəsinə məruz qalıb.

Ozyer qeyd edib ki, elə həftə olmur ki, kimsə anası ilə söhbət zamanı bu mövzunu qaldırmasın. Onun sözlərinə görə, Bricit Makron dərin sarsıntı keçirir, çünki “nəvələri bütün bu söhbətləri eşidir” və o, sadəcə olaraq bunu necə dayandıracağını bilmir. “O, daim geyim seçiminə və ictimai yerlərdə duruşuna daim nəzarət etmək məcburiyyətindədir. Çünki bilir ki, onun təsvirlərini təhrif edə və internetdə istifadə edə bilərlər”, – birinci xanımın qızı vurğulayıb.

Qeyd edək ki, Fransanın birinci xanımı Bricit Makrona qarşı onlayn təzyiqə görə 10 nəfər məhkəmə qarşısına çıxarılıb. Bu, Emmanuel Makronun xanımının Jan-Mişel Tronye adlı kişi olması ilə bağlı saxta iddiaya qarşı məhkəmənin son mərhələsidir. Tronye xanım Makronun böyük qardaşıdır.

Paris məhkəməsi Bricit Makronun cinsi və cinsi oriyentasiyası ilə bağlı “zərərli şərhlər” edən, hətta əri ilə yaş fərqini “pedofiliya” ilə eyniləşdirən səkkiz kişi və iki qadına qarşı ittihamlara baxır. Təqsirləndirilənlər arasında Makronun həyat yoldaşı haqqında kişi kimi “zarafat” yazdığını iddia edən və ittihamları rədd edən istifadəçilər də var. Müttəhimlər kürsüsündə Zoi Saqan kimi tanınan publisist Orelyen Puarson-Atlan da var. Onu tez-tez Fransa prezidentinin həyat yoldaşı haqqında sui-qəsd nəzəriyyələri ilə əlaqələndirirlər.

“Le Figaro” xəbər verir ki, prokurorluq 10 müttəhim üçün 3 aydan 12 aya qədər şərti həbs cəzası istəyib. Hökm 5 yanvar 2026-cı ildə elan ediləcək.

Bricit və Emmanuel Makron oxşar iddianı ABŞ influenseri və podkast aparıcısı Kəndis Ouensə qarşı da qaldırıblar.

Xatirə SADİQ