Fransa Rusiyadan LNG alışını kəskin artırıbbackend

Fransa Rusiyadan LNG alışını kəskin artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa yanvarda Rusiyadan 293 milyon avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alıb. Bu, son 14 ayda ən böyük tədarük həcmidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Eurostat məlumatlarına istinadən yazıb.

Müqayisə üçün: 2023-cü ilin dekabr ayında istiqamət üzrə satınalmalar 244 milyon avro dəyərində qiymətləndirilib. Beləliklə, cəmi bir ay ərzində bu rəqəm 20% artıb.

Lakin Fransa yanvarda Rusiya qazının alışını artıran yeganə Avropa ölkəsi deyil. Dövr ərzində İspaniya dekabr ayına qədər Rusiyadan LNG idxalını 1,7 dəfə artıraraq 274 milyon avroya çatdırıb ki, bu da son 12 ayın ən yüksək göstəricisidir.

Ümumilikdə, Avropa İttifaqı yanvar ayında Rusiya Federasiyasından 684,3 milyon avro dəyərində yanacaq alıb.