Fransa Silahlı Qüvvələrinin nümayəndə heyəti İrəvana getdibackend

Fransa Silahlı Qüvvələrinin nümayəndə heyəti İrəvana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisindən bildirilib.

Nümayəndə heyətinə Fransa Silahlı Qüvvələrinin Beynəlxalq əlaqələr və strategiya Baş İdarəsinin rəisi Qiyom Olanjye rəhbərlik edir.

Armen Qriqoryan səfərin əhəmiyyətini vurğulayaraq, Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların gedişini, regional sülhün əldə edilməsinə yönəlmiş səyləri təqdim edib.

Həmsöhbətlər müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
publika.az