Fransada etiraz aksiyası – Makronda siyasi iradə yoxdurbackend

Fransada etiraz aksiyası – Makronda siyasi iradə yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı fəallar prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə öldürülən 900 qadının xatirəsini yad etmək üçün etiraz aksiyası keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, aksiyada qadınların adları və yaşları olan 15 metr uzunluğunda pankart və hər bir qadını təmsil edən şamlar nümayiş etdirilib.

Etiraz Eyfel qülləsinin fonunda məşhur Trocadero meydanında keçirilib. Fəallar, hökumətdən gender əsaslı zorakılığa qarşı daha çox tədbir görməsini tələb edirlər.

Onlar deyirlər ki, prezident Makronda “siyasi iradə” və ölkədə qadınlara qarşı zorakılığın bütün formaları ilə mübarizə üçün kifayət qədər resurs yoxdur.