Fransada etirazlar ölkəyə 1 milyard avro ziyan vurdubackend

Fransada etirazlar ölkəyə 1 milyard avro ziyan vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada 17 yaşlı əlcəzairli yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan hadisələr əvvəlki günlərlə müqayisədə azalıb. Lakin Marsel və Lionda gərginlik hələ də yüksəkdir.

NOCOMMENT.az xəbər verir ki, Marseldə köhnə kolleksiya əşyaları olan qaraj qarət edilib, onlarla avtomobil oğurlanıb. Şəhərdə nümayişlərin keçirilməsi qadağan edildi. İctimai nəqliyyatın hərəkəti dayandırılıb.

Lionda isə bir qrup ifrat sağçı ekstremist meriyanın qarşısına toplaşıb. Polis bibər qazından istifadə edərək qrupu dağıdıb.

Daxili işlər naziri Cerald Darmanin Parisdə yanmış avtomobili söndürməyə çalışan 24 yaşlı yanğınsöndürənin öldüyünü açıqlayıb.

Prezident Emmanuel Makron bəzi hökumət üzvləri ilə görüş keçirib.

O, Fransada nə baş verdiyini anlamaq üçün uzunmüddətli tədqiqata başlanılmasını istəyib. Ölkə daxilində maddi ziyanın ən azı 1 milyard avro olduğu təxmin edilir.

NOCOMMENT.AZ