Azərbaycanla sərhədə əlavə polis qüvvələri gətirildibackend

Azərbaycanla sərhədə əlavə polis qüvvələri gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tavuş rayonunun Kirants kəndində vəziyyət daha da gərginləşib.

NOCOMMENT.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanla delimitasiya prosesindən narazı qalan erməni sakinlər etiraz aksiyası keçirirlər.

Ermənistan KİV-nin məlumatına görə, Kirantsın girişini bağlamaq üçün Şirak, Araqatsotn və Armavir bölgələrindən əlavə polis qüvvələri buraya gətirilib.

Polis yolu bağlayan sakinləri ərazidən uzaqlaşdırmağa çalışır.

Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi Kirants kəndi yaxınlığında minalardan təmizləmə işləri aparır, ona görə də ora gedən yollar bağlıdır. Jurnalistləri də kəndə buraxmırlar.

Müxalifət hazırda Kirantsda polisin “Halqa” əməliyyatı keçirdiyini bildirir.

“Polis kəndin girişlərini bağlayıb, minatəmizləmə əməliyyatına mane olan sakinləri saxlayıb İcevan polis şöbəsinə aparıblar, orada iyirmidən çox vətəndaş saxlanılır”, – Ermənistan parlament inin deputatı Qarnik Danielyan deyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 31 vətəndaş Tavuş vilayətinin ərazi polis şöbəsinə təhvil verilib.