Fransada ifrat sağçılar Makronun ümumAvropa nüvə silahı ideyasını tənqid ediblərbackend

Fransada ifrat sağçılar Makronun ümumAvropa nüvə silahı ideyasını tənqid ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın sağyönümlü partiyalarının liderləri prezident Emmanuel Makronun ümumAvropa nüvə çəkindirmə qüvvələrinin yaradılması təklifinə qarşı çıxıblar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

“Biz “qırmızı düymə”ni bölüşmək ideyasına tamamilə qarşıyıq, söhbət bizim milli suverenliyimizdən gedir”, – ultrasağçı “Milli birlik” partiyasının lideri Jordan Bardell bildirib.

Ötən gün bu partiyanın parlamentdəki fraksiyasının rəhbəri Marin Le Pen də bu fikri dəstəkləyib.

Bununla yanaşı, “Respublikaçılar” partiyasının sədri Loran Vokye hesab edib ki, Fransa “qırmızı düyməni” bölüşməməlidir.