Fransada Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilərbackend

Fransada Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa kəşfiyyat orqanları Parisə Yay Olimpiya Oyunlarının açılış mərasimini ləğv etməyi tövsiyə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Radio Europe 1” Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsindəki mənbəyə istinadla məlumat yayıb.

Paradın hazırkı formatının böyük təhlükəsizlik riskləri daşıdığı və “B planı” adlanan planla dəyişdirilməli olduğu bildirilib. Eyni zamanda, Beşinci Respublikanın daxili işlər naziri Cerald Darmanen cümə axşamı, martın 28-də Fransa xüsusi xidmət orqanlarının rəhbərliyi ilə görüşməli və terror təhlükəsinin səviyyəsini müzakirə etməli idi.

Ehtimal olunur ki, açılış mərasimi üçün təhlükə yük maşınlarından istifadə edərək tamaşaçı kütləsinin üzərinə sürmək və ya odlu silahla hücum etmək niyyətində olan tək terrorçulardan gələ bilər.

Bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, Krokusda törədilən terror aktından sonra Avropada təhlükə riskləri artıb.

Qeyd edək ki, açılış mərasimində təhlükəsizlik xidmətlərinin həddən artıq təhlükəli hesab etdiyi Sena çayı üzərində idmançıların genişmiqyaslı paradı nəzərdə tutulur.