Fuad Nəcəflinin Naxçıvandakı əməlləri ifşa olundu: 3 illik fəaliyyətində…backend

Fuad Nəcəflinin Naxçıvandakı əməlləri ifşa olundu: 3 illik fəaliyyətində…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə 22 dekabr 2022-ci ildə təyin olunmuşdu.

Jurnalist Sima Babayeva paylaşım edərək, Fuad Nəcəfli və Günay Malikqızının fəaliyyətini tənqid edib.

O vurğulayıb ki, Fuad Nəcəfli Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi təyin edilməsindən keçən 3 il ərzində Vasif Talıbovun rəhbərlik etdiyi vaxtlarda yığılıb qalmış problemləri həll edə bilmədi.

Hələ üstəlik vəziyyəti daha da bərbad hala saldı. Onun rəhbərliyi altında fəaliyyət göstərənlərin idarəçilik, təşkilatçılıq qabiliyyətinin olmaması, insanlarla münasibətləərdə yol verdikləri kobud səhvlər Naxçıvanda əhalinin narazılığına səbəb olurdu.

Hər şey sürətlə mənfiyə doğru sürüklənirdi. Media Naxçıvandakı problemləri, adamların şikayətlərini yazıb göstərsə də Fuad Nəcəfli bunlara əhəmiyyət vermirdi.

Hər yazıdan sonra nöqsanı olan məmur daha əl-qol açırdı. Vasif Talıbova el arasında xan ləqəbi qoyulmuşdu. Elə Fuad Nəcəflinin idarəçiliyi də ona aparıb çıxaracaqdı.

Deyəsən Naxçıvanın respublikanın əsas ərazisindən ayrı olması Fuad Nəcəfli və tabeliyindəki bəzi nazirlərdə, rəhbər şəxslərdə yanlış illüziya yaratmışdı. Bəzi məmurlar Azərbaycan Respublikasının qanunvericiliyindən yan keçərək vətəndaşlarda narazılıq yaradırlar.

Əsasən bu nəqliyyat, səhiyyə, təhsildə daha çox hiss olunurdu. İnformasiya siyasəti də düzgün qurulmamışdı.

Fuad Nəcəflinin mətbuat katibi Günay Malikqızı, Naxçıvan Dövlət Televiziyasının rəhbəri İlhamə Novruzova jurnalistikada kifayət qədər təcrübəli insanlar olsalar da Fuad Nəcəflinin əmrə tabe məmurlarından fərqlənməyiblər.

Naxçıvan TV muxtar respublikadakı mövcud ciddi məsələlərə heç vaxt toxunmayıb. Günay Malikqızı isə özünü külli-ixtiyar sahibi hesab edirdi.

Mən onunla Naxçıvandakı duz istehsalının vəziyyəti ilə bağlı telefonda danışdım. Heç adamı dinləmək belə istəmirdi. Duz zavodu ilə bağlı çox suallar yaranmışdı. Vaxtilə məşhur olan bir müəssisənin taleyi haqqında məlumat almaq istəyirdim.

Zavodun qəsdən şəkildə qəza halına salıb mənimsəmə planı olduğunu, bu işlərin Fuad Nəcəfli ilə bağlı olduğu haqqında informasiya yayılmışdı.

Deyilənə görə Fuad Nəcəflinin göstərişi ilə duz zavodunun guya qəzalı olduğu, istehsalının aşağı düşdüyü rəyi yaradılırdı. Əslində isə hər şey qaydasında olub.

Məhsuldan əldə olunan gəlirin çox hissəsi dövlətin büdcəsinə deyil, səlahiyyətli nümayəndənin cibinə gedib. Fuad müəllimin belə “təcrübə”sinin az olmadığı deyilir.

Naxçıvan duzunu mağazalarda tapmaq olmurdu. Bu barədə və müəssisənin Ramiz Mehdiyevin ailə üzvləri ilə əlaqəsinin olmasına aydınlıq gətirilməsini istəyirdim.

Telefon xəttinin o başındakı Günay Malikqızı səsini üstümə qaldırıb “sən bilirsən kimlə danışırsan?” deyərək heç bir suala cavab verməyəcəyini bildirdi.

İndi çox yaxşı bilirəm sən kimsən. Elə onda da kimliyin məlum idi. Yumşaq kreslo görən kimi keçmişini unudanlardan biri. Görürsən, heç nə daimi deyil.

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı keçirilmişdi.

Sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin təşəbbüsü ilə baş tutmuş həmin tədbirə Günay Malikqızı dəvətlilər arasında əsasən keçmiş iş yoldaşlarına, rəfiqələrinə üstünlük vermişdi.

Hətta bunu öz sosial şəbəkə hesabında da çəkinmədən bildirmişdi. Bu ciddi narazılığa səbəb olmuşdu.

Üç il bu adamlar belə işləyiblər. Səlahiyyət sahibi olan kimi vəziyyəti düzəltmək əvəzinə öz vəziyyətlərini düzəldiblər…

İndi artıq Fuad Nəcəfli səhifəsi çevrildi. Yeni rəhbərliyin üzərinə çətin və məsuliyyətli iş düşür. Ümid edək və gözləyək.