Fulya Öztürk Azərbaycanda çalışacaq? – AÇIQLAMAbackend

Fulya Öztürk Azərbaycanda çalışacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

NOCOMMENT.az xəbər verir ki,bizim.media-ya danışan Fulya Öztürk məlumatı təsdiqləyib.

O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

“Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

“Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.