Zaur Kamal yeni mövsümdə bu kanalda çalışacaqbackend

Zaur Kamal yeni mövsümdə bu kanalda çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamal yeni televiziya mövsümündə yenidən “Xəzər TV”yə keçməyi planlaşdırırdı.

NOCOMMENT.az xəbər verir ki, aparıcı kanalın rəhbəri, Xalq artisti Murad Dadaşovla görüşüb, bu haqda danışdığını da deyib. Zaur danışıqlardan sonra ARB TV-də fəaliyyətini davam etdirməyə qərar verib. O, yeni mövsümdən sözügedən kanalda tamaşaçı qarşısına çıxacaq.

Zaur bir neçə gün əvvəl sözügedən kanalın əməkdaşları ilə foto yayımlayaraq “Biz birlikdə güclüyük” şərhini yazıb. Fotoda “ARB TV”nin icraçı direktoru Rəşad Məmmədov da yer alıb.

Qeyd edək ki, Zaur uzun illər “Xəzər TV”də çalışıb. O, daha sonra ARB-də işləməyə başlayıb.(axşam.az)