Braziliyada 21 yaşlı futbolçu Kayo Enrike de Lima Qonsalveş “UNİAN Jayirense” – “Unidos” matçı zamanı ildırım vurması nəticəsində ölüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo Esportе” portalı məlumat yayıb.
Faciə Santo Antonio da Platina şəhərində keçirilən Həvəskarlar Kubokunun ilk turunun matçında baş verib. Bələdiyyənin idman departamentinin direktoru Markos Novelli Ferreyranın sözlərinə görə, gün ərzində əraziyə yağış yağıb. İldırım vurması nəticəsində daha 6 nəfər xəsarət alıb, onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yerli xəstəxanaya yerləşdirilib.