Keçmiş braziliyalı futbolçu “Spartak”a rəhbərlik etmək istəyirbackend

Keçmiş braziliyalı futbolçu “Spartak”a rəhbərlik etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva “Spartak”ının sabiq hücumçusu, hazırda Braziliyanın “Atletiko Çearense” klubunda çıxış edən Ari gələn il karyerasını bitirmək niyyətində olduğunu bildirib.

“Gələn il peşəkar futbolçu karyeramı bitirəcəyəm. Planlarım məşqçi olmaqdır. Düzünü desəm, gələn il “Spartak”a və ya “Krasnodar”a rəhbərlik etmək niyyətindəyəm”, – deyə Ari gülərək bildirib.

36 yaşlı forvardın son icarə əsasında çıxış etdiyi Rusiya klubu “Lokomotiv Moskva” olub. Qırmızı-yaşılların heyətində Ari 2017/18 mövsümünün Rusiya çempionu olub.