Gədəbəydə 211 minlik təmir – 17 ilin gizli şirkətibackend

Gədəbəydə 211 minlik təmir – 17 ilin gizli şirkəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhəri, M.C.Paşayev, Qoşqar Əhmədli, M.Ə.Rəsulzadə, Z.Əliyeva, S.Vurğun küçəsindən sağa ayrılan adsız küçə və Qarabağ küçələrində yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, tenderin qalibi “İnşaat-F” MMC seçilib.

Təmir işləri icra hakimiyyətinə 211 420,38 AZN-ə başa gələcək.

“İnşaat-F” MMC 15 sentyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN-dir. Şirkətin hüquqi Xazmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimov Fəqani Zahid oğludur.

“İnşaat-F” MMC 17 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə haqqında heç bir məlumat yoxdur. Fəqani Rəhimov barəsində də hər hansı məlumata rast gəlinmir.