Gədəbəydə yanğın qeydə alınıb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Novasaratovka kəndində baş verib.
Kənd sakinin məxsus fərdi yaşayış evində anidən yangın başlayıb.Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın kənd sakini 1974-cü il təvəllüdlü Əkbər Məmmədova məxsus ümumi sahəsi ümumi sahəsi 240kv.m olan iki mərtəbəli evin və tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılmış 6 ton ot bağlaması, həmçinin qonşu 1951-ci il təvəllüdlü Sahib Quliyeva məxsus yana evə bitişik tikilmiş ümumi sahəsi 400kv.m olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində iki otağın tavanı 25kv.m və dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. Bundan başqa digər qonşunu evinin dam örtüyü yanıb.
Yanan evlərin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı evlərin birdə yataq xəstəsi olan 1939-cu il təvəllüdlü Gülşad Məmmədovanı evdən çıxardan zaman yüngül xəsarət alıb.
Yaşlı qadına hadisə yerində yardım edilib.
Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.
















