Gədəbəydə gənc qız özündən 3 dəfə yaşlı kişiyə ərə verilibbackend

Gədəbəydə gənc qız özündən 3 dəfə yaşlı kişiyə ərə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə apa-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb: “Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”, – deyə Eşqin Qasımov söyləyib.

Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.