“Gelandewagen”lə PPX avtomobili toqquşdu: polis xəsarət aldıbackend

“Gelandewagen”lə PPX avtomobili toqquşdu: polis xəsarət aldı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Post Patrul Xidməti avtomobilinin qəzaya düşməsi barədə rəsmi açıqlama verilib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

“Hadisə Ağ Şəhər ərazisində baş verib. Hadisə zamanı polis əməkdaşı xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.