Gələcəkdə 45 dərəcə isti müşahidə oluna bilər- Sadiq Khanbackend

Gələcəkdə 45 dərəcə isti müşahidə oluna bilər- Sadiq Khan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London meri Sadiq Khan bildirib ki, London üçün hazırlanan müstəqil iqlim hesabatında paytaxtda yaxın gələcəkdə bir gündə 45 dərəcə istilik müşahidə oluna biləcəyi müəyyən edilib.

NOCOMMENT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının açılışından əvvəl başlayacaq “İqlim Zirvəsi Həftəsi” çərçivəsində “The Guardian” qəzetinə danışan Sadiq Khan London üçün hazırlanan müstəqil iqlim hesabatının müəyyən etdiyini bildirib.  Mer hesabatda sözügedən istilərin şəhərin əsas funksiyalarını potensial olaraq poza biləcəyini ifadə edib.

Khan bu temperaturlara uyğunlaşmaq üçün lazımi işlərin görülməsinin vacibliyinə toxunub və şəhərlərin iqlim böhranına uyğunlaşmasına kömək etmək üçün daha çox dövlət dəstəyinə ehtiyacın olduğunu vurğulayıb. “Bunun üçün hər şeyi xəttə qoymalıyıq. Hökumətdən çox az dəstək alırıq”.

Qeyd edək ki, ötən ilin iyul ayında paytaxt Londonda havanın temperaturu ilk dəfə olaraq 40 dərəcəni keçərək məktəblərin bağlanmasına, xəstəxanalarda bəzi əməliyyatların ləğvinə və meşə yanğınlarına səbəb olmuşdu.