Gəncə dəmir yolu vağzalından oğurluq olubbackend

Gəncə dəmir yolu vağzalından oğurluq olub 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanması barədə polisə məlumat daxil olub.

NOCOMMENT Report-a istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Gülşad Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.