Gəncədə dağıntılar altında qalan sakin dəhşətli anlardan danışdı – VİDEObackend

Gəncədə dağıntılar altında qalan sakin dəhşətli anlardan danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistan əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutub.

NOCOMMENT xəbər verir ki, Türkiyənin “TV 100” kanalı Gəncədə hadisə baş verən zaman dağıntılar altında qalan şəhər sakinini danışdırıb.

Sakin Emin Mustafayev hadisəni belə xatırlayır: “Gecə yatdığım yerdə nəsə gumbuldadı. Gözümü açanda gördüm daş-kəsək töküldü üstümə. Təxminən 20-25 dəqiqə dağıntılar altında qaldım. Yatdığım yerdə bütün bunlar başıma uçdu”.

Xatırladaq ki, Ermənistanın əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində qadın və uşaq daxil olmaqla 9 dinc sakin qətlə yetirilib, 34 nəfər yaralanıb.