Gəncədə ev yandı: Xəsarət alan varbackend

Gəncədə ev yandı: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və canlı qüvvəsi cəlb olunublar.

Yanğın söndürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə vaxtı ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.