Gəncədə qəza olub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki hərəkətdə olan VAZ 2107 ilə moped toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis polis cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.



















