Gəncədə avtomobillin piyadanın vurub öldürməsinin detalları məlum olub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, qəzada ölən 2009-cu il təvəllüdlü Əziz Qurbanov VAZ 2107 qəsdən vurularaq öldürlüb.
Məlumata görə, hadisədən əvvəl Ə.Qurbanov onu vuraraq öldürən VAZ 2107 sahibi 1997-ci il təvəllüdlü Ələddin Fərzəliyevlə mübahisə edib.
Mübahisədən sonra Ə.Qurbanov VAZ 2107-sürücüsün ayağına bıçaqla daha sonra başa daşla vuraraq xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Bundan sonra Ə.Fərzəliyev ə öz avtomobillinə əyləşərək Ə.Qurbanovun arxasına gedib.Yolunu kənarı ilə gedən Ə.Qurbanovu minik maşını ilə vuraraq evin divarına çırpılıb.
17 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölüb.O hadisədən sonra özü polisə gedərək təslim olub.
Əldə etdiyimiz məlumata görə, ölən yeniyetmə hadisədən bir neçə saat əvvəl həm yerlisi 28 yaşlı Ə.Fərzəliyevin avtomobilinin qaçırıbmış. Elə mübahisədə onların arasında bu səbəbdən düşüb.
Xatırladaq ki ölən şəxs Əziz Qurbanovun atası Qurban Qurbanov Gəncədə oğru (AVARA) ləqəbi ilə tanınırmış.
Faktla bağlı Gəncə Şəhər Prokrorluğunda araşdırma aparılır.


***09:24
Gəncədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, vəfat edən səxs 17 yaşlı Qurbanov Əziz qurban oğludur.
***02:24
Gəncədə piyada yol qəzasında ölüb.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
Hərəktədə olan yolu qarşı tərəfə keçmək istəyən şəxsi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.













