Bakıda 16 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 29/44 ünvanında baş verib.
Paytaxt sakini, 2006-cı il təvəllüdlü Röya Kazımova velosiped sürərkən ehtiyatsızlıqdan yıxılıb. 16 yaşlı qız aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.