Gərgin keçən qarşılaşmada “Fənərbaxça” fərqli qələbə qazandıbackend

Gərgin keçən qarşılaşmada “Fənərbaxça” fərqli qələbə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi matçında Türkiyə təmsilçisi “Fənərbaxça” səfərdə “Maribor”la üz-üzə gəlib.

NOCOMMENT.az xəbər verir ki, sarı-göylülər 17-də İrfan Can Kahvecinin vurduğu qolla matçın ilk yarısını 1-0 qabaqda tamamlamağı bacardı.

32-ci dəqiqədə Mariborda Jakupoviçin istifadə etdiyi penalti zərbəsində İrfan Can Eğribayat qola imkan verməyib.

Matçın 66-cı dəqiqəsində “Fənərbaxça” ilə “Maribor” tribunaları arasında yaşanan gərginlik səbəbindən matç uzun müddət dayandırılıb.

Yenidən mübarizə başlayan Fənərbaxça 90+20-də Sebastyan Şimanskinin, 90+23-də isə Duşan Tadiçin vurduğu qollarla rəqibini 3-0 məğlub edərək növbəti mərhələyə yüksəlməyi bacarıb.

“Fənərbaxça” Play-Off turunda Hollandiyanın “Tvente” komandası ilə qarşılaşıb. Təmsilçimiz pley-off turunda ilk oyununu avqustun 24-də, cavab matçını isə avqustun 31-də keçirəcək.