Gömrük Komitəsinin plandan əlavə yığdığı 374 milyon manat kimin cibindən ÇIXIB? – İLGİNC AÇIQLAMAbackend

Gömrük Komitəsinin plandan əlavə yığdığı 374 milyon manat kimin cibindən ÇIXIB? – İLGİNC AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin rəhbəri yenə açıqlama verib və deyib ki, bu ilin ilk 10 ayında rəhbərlik etdiyi qurum planda nəzərdə tutulundan 374 milyon manat əlavə rüsum toplayıb. DGK sədri sanki kolxozda pambıq yığır, nə isə istehsal edir, əlavə dəyər yaradır. Hər dəfə fəxrlə çıxıb deyir ki, plandan əlavə pul ylğşıq.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında REAL-ın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

O bildirib ki, əgər ölkədə ciddi iqtisadi canlanma olsaydı, ixrac-idxal əməliyyatları kəskin artsaydı, ÜDM artım göstərsəydi, o zaman iqtisadiyyatın yüksəldiyini, canlanma yarandığını və daha çox rüsum yığıldığını demək olardı:

“Amma elə deyil, Gömrük Komitəsi müstəqil qurum kimi qalmaq uğrunda mübarizə aparır, İqtisadiyyat Nazirliyinə birləşdirilməsini istəmir, ona görə də iş adamlarının boğazına çöküb daha çox rüsum yığmağa və “afərin” almağa çalışır. Çox bəsit də metod fikirləşiblər. İş adamlarının təqdim etdiyi sənədlərə “inanmırlar”, deyirlər ki, “invoysda” qiyməti aşağı yazdırmısız, özləri qiymət müəyyən edir, və rüsum və ƏDV hesablayıb alırlar. Gömrük Komitəsinin ƏDV toplaması, yəni vergi yığması (rüsum yox ha, vergi) da ayrı bir nonsensdir”.

Natiq Cəfərli əlavə edib ki, DGK-nın yığdığı hər manat vətəndaşın cibindən çıxır:

Deməli mənim, yəni  vətəndaşın cibindən plandan əlavə 374 milyon manat pul çıxartmısız. Bu gün sürətlə artan qiymətlərdə gömrük rüsumlarının yeni hesablanması qaydası önəmli rol oynayır. Səfər müəllim, hər ayın əvvəli plandan əlavə pul yığdığınız haqqında yeni “twitt” atanda mənə – vətəndaşa təşəkkür edin. Çünki o vəsait mənim, yəni vətəndaşın puludur”.