Google Maps ermənilərin rayonlarımıza qoyduğu saxta adları ləğv etdibackend

Google Maps ermənilərin rayonlarımıza qoyduğu saxta adları ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google maps” ermənilərin Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına qoyduqları saxta adları aradan qaldırıb.

NOCOMMENT xəbər verir ki, bu barədə texno-bloger, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib.

“Azərbaycandan daxil olan istifadəçilər üçün digər yerlər ingilis dilində göstərilsə də, qlobal IP ilə hələ də Şuşa, Hadrut, Xankəndi, Əsgəran, Ağdərə kimi ərazilərimiz ikili erməni adları ilə verilir. Ermənilərin yaşadıqları hissələr nisbətən başa düşülən olsa da, Hadrut və Şuşanın ikili adla qalması əsassız görünür. Ümumilikdə, içi mən qarışıq bu iki ildə Azərbaycanın əsas dövlət qurumları ilə dayanmadan “Google”a basqı edirdik. Heç bir rəsmi müraciətə cavab verməyən “Google”, görünür, yola gəlməyə başlayır”, – deyə Fərid Pərdəşünas vurğulayıb.