Texnobloqerdən XƏBƏRDARLIQ: TƏHLÜKƏDƏSİNİZ!backend

Texnobloqerdən XƏBƏRDARLIQ: TƏHLÜKƏDƏSİNİZ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana mənbəyi, mənşəyi bəlli olmayan minlərlə saxta çin istehsalı cihazlar daxil olur. 30 manata satılan saxta “Apple Wach Ultra”lar, saxta “Airpods” qulaqlıqlar, heç bir sertifikasiyadan keçməyən, qutusundan hər şey çıxan ucuz planşetlər və s və s. Dəhşətlisi odur ki, bu planşetlər uşaqları hədəfləyir. Valideynlər ucuzdur deyə bu cihazları alır, övladlarının başını qatır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri texnobloqer Fərid Pərdəşünas deyib. O bildirib ki, bu cür cihazlara nə nəzarət var, nə yoxlama var.

“Bu cihazlar ölkəyə necə keçir? Necə satışına icazə verilir? Bu cihazların SAR dəyəri dəhşətlidir. Bu cihazlar potensial təhlükə mənbəyidir. İndi bunu hiss etmirsiniz amma bir neçə ilə fəsadların görəcəksiniz. Azərbaycanda dəhşətli saxta cihaz idxalı var. Bununla bağlı həyacan təbili çalınmalıdır. Görünüş üçün özünüzü aldadaraq bu cihazları almayın. Təhlükədəsiniz”.

NOCOMMENT