Goranboyda VAZ-2107 aşdıbackend

Goranboyda VAZ-2107 aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda qəza olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə Goranboy–Tərtər avtomobil yolunun Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qızılhacılı qəsəbə sakini, 1986-cı il təvəllüdlü Sənan Qasımov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə hərəkətdə olan zaman qarşısına xırda buynuzlu heyvanlar çıxıb.

Sürücü heyvanları vurmamaq üçün avtomobili idarəetmədən çıxardıb.Avtomobili yol kənarında su arxına düşüb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.