Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsicə alətlə xəsarət yetirib.
Hadisə nəticəsində E.Umudov xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.









