Göyçayda ağır yol nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, “Mercedes” və “QAZel” markalı avtomobillər toqquşub.
Məlumata görə, qəza zamanı 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “Qazel” markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb.
Qəza zamanı Qazeldə yanğın baş verib və FHN əməkdaşları tərəfindən söndürülüb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır.
Görüntüləri təqdim edirik:













