Göyçayda ana və iki azyaşlı övladı zəhərlənibbackend

Göyçayda ana və iki azyaşlı övladı zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, 1-ci Ərəbcəbirli kəndində kənd sakini Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova marketdən şirniyyat alıb. Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər.

Xəstəxanaya müraciət edən xəstələrə ilkin-tibbi yardım göstərilib və məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.