Göyçayda yük və minik maşını toqquşub, xəsarət alanlar var.
NOCOMMENT.az -ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 4 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan üçünə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi xəstəxanada davam edir.
Faktla bağlı araşdırma aparılır.
NOCOMMENT.az













