Göygöldə evdə qaz partlayışı baş verib, sakin yanıq xəsarətləri alıb.
Göygöldə yaşayış evində baş verən qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb. NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
1969-cu il təvəllüdlü kənd sakini Raqil Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin ehtimallara görə, 65 yaşlı kişi yaşadığı evdə sərxoş vəziyyətdə qazı yandırmağa çalışarkən partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.













