Ermənistanın Gümrü şəhərinin həbs edilmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan naməlum istiqamətə aparılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.
Məlumata görə, Spartak Qukasyan ilkin olaraq Şirak vilayəti üzrə istintaq şöbəsinə çağırılıb. Lakin o, şöbəyə yaxınlaşdıqda maskalı hüquq-mühafizə əməkdaşları tərəfindən əhatəyə alınaraq naməlum istiqamətə aparılıb.
Hadisənin detalları və Qukasyanın hazırda harada olduğu barədə məlumat verilməyib.













