Gürcüstan NATO-nun sammitinə DƏVƏT OLUNUBbackend

Gürcüstan NATO-nun sammitinə DƏVƏT OLUNUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ administrasiyası Gürcüstanı NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində iştirak etməyə dəvət edib”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen belə deyib. Onun sözlərinə görə, sammitə NATO-nun bütün tərəfdaşları dəvət olunub.

Eyni zamanda o, əlavə edib ki, Vaşinqton hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının “çox azsaylı liderindən qaynaqlanan qərarlar və ritorikadan çox narahatdır”.

O’Brayenin fikrincə, Gürcüstan iqtidarının hərəkətləri Tbilisinin Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyi ilə bir araya sığmır.