Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edildibackend

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq, ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər.

Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək. Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları bu gün parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.

Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.