Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya gedibbackend

Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.

“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, – məlumatda bildirilib.

Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.