Gürcüstan rus sülhməramlıları üçün hava məkanını açdıbackend

Gürcüstan rus sülhməramlıları üçün hava məkanını açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisinə getməsi üçün hava məkanını açıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama yayıb.

“Həm Azərbaycan, həm də Ermənistan tərəfinin xahişinə əsasən, Rusiya sülhməramlı kontingentinin bir hissəsi müəyyən edilmiş məhdud müddət ərzində Gürcüstan hava məkanı vasitəsilə münaqişə zonasına köçürüləcək”, – deyə Abaşidze vurğulayıb.

Qeyd edək ki, daha öncə Gürcüstan xaricdən Ermənistana silah daşınması səbəbindən sərhədlərini, eləcə də hava məkanını bağlamışdı.