Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı – FOTObackend

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstana Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə bəyan edilməmiş malların keçirilməsinin qarşısı alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 3 300 kiloqram çəkidə gümüş əşyalar aşkarlanıb.

Məmulatların dəyəri 7 324,37 lari təşkil edib.

Fakt üzrə materiallar araşdırılması üçün Maliyyə Nazirliyinin İstinaq Xidmətinə təqdim olunub.
Report