Gürcüstanda bomba xəbərdarlığı – Qurumlar hərəkətə keçdibackend

Gürcüstanda bomba xəbərdarlığı – Qurumlar hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti son bir neçə gündə Tbilisi və Batumidəki ticarət mərkəzlərinə bomba qoyulması xəbərləri ilə bağlı məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, qurumun bəyanatında sözügedən zənglərin ölkə xaricindən edildiyi bildirilib.

Qeyd olunub ki, yanvarın 21-də Batumidə ticarət mərkəzlərinə bomba qoyulması ilə bağlı xəbərdarlıq da ölkə xaricindən daxil olub. Xəbərdarlığın qəbul edilməsindən sonra Dövlət Təhlükəsizlik Xidmətinin anti-terror bölmələri və Daxili İşlər Nazirliyi ticarət mərkəzlərində və təhsil müəssisələrində axtarış aparıblar, lakin heç bir partlayıcı vasitə aşkarlanmayıb.

Məlumata görə yalan zəng üçün qəsdən azyaşlı Gürcüstan vətəndaşının mobil nömrəsindən istifadə edilib. Faktla bağlı araşdırmaların davam etdirildiyi, Dövlət Təhlükəsizlik Xidmətinin yalan mesajlar ötürənlərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə tərəfdaş ölkələri məlumatlandırdığı qeyd olunub.

Vurğulanıb ki, anoloji əməllər dekabrın 30-da və yanvarın 17-də də törədilib.