Gürcüstanda rus millətçisi Demuşkin saxlanılıbbackend

Gürcüstanda rus millətçisi Demuşkin saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus millətçisi Dmitri Demuşkin Tbilisi hava limanında saxlanılıb . 

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial fəal “Telegram”da məlumat verib .

“Mən iş üzrə uçurdum, biletlər, otellər qaydasındadır, saxlanma səbəbini rusca izah etməkdən imtina edirlər. Gürcüstan qonaqpərvər ölkə deyil. Biz bunu başa düşürük”, – o yazıb.

Bundan əvvəl Gürcüstan parlamentinin Bürosu “ Gürcüstan üçün Lelo” partiyasının ruslar üçün təklif etdiyi məhdudiyyətlərin tətbiqini rədd edib . O cümlədən, deputatlar viza rejiminin qəbulunu, Rusiya vətəndaşlarının işləməsinə məhdudiyyətlərin qoyulmasını və Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini təklif ediblər.