Gürcüstanın baş naziri: Torpaqlarımızın 20 faizi hələ də Rusiyanın işğalı altındadırbackend

Gürcüstanın baş naziri: Torpaqlarımızın 20 faizi hələ də Rusiyanın işğalı altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır.

NOCOMMENT xəbər verir ki, Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasının müzakirələrində iştirakçılara müraciət edib.

Çıxışının əvvəlində Qaribaşvili ölkəsinin yaşadığı ərazi bütövlüyü problemlərinə toxunub və izah edib ki, bu çətinliklərə baxmayaraq, onlar Gürcüstanın inkişafı üçün səmərəli fəaliyyətlərini davam etdirirlər.

Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etdiyini qeyd edən Qaribaşvili ölkəsində yüz minlərlə insanın didərgin düşdüyünü bildirərək, “Gürcüstan ərazisinin 20 faizi hələ də Rusiyanın işğalı altındadır” deyib.

Qaribaşvili beynəlxalq tərəfdaşları qoşunlarını Gürcüstandan çıxarmaq və Cenevrə danışıqlarına qayıtmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.