Gürcüstanın XİN başçısı azərbaycanlı və erməni həmkarlarına zəng edibbackend

Gürcüstanın XİN başçısı azərbaycanlı və erməni həmkarlarına zəng edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, danşıq zamanı D.Zalkaliani Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən və itkilərdən dərin narahatlığını ifadə edib.

XİN başçısın sözlərinə görə tərəflər arasında gərginlik azaldılmalı, hərbi əməliyyatlar dayandırılmalı və barışığa nail olunmalıdır.

Nazir beynəlxalq təşəbbüslərlə tezliklə gərginliyin aradan qaldırılacağına ümid etdiyini bildirib.