Hacı Nuran məşhur aktyora “Bugatti” HƏDİYYƏ ETDİ – FOTObackend

Hacı Nuran məşhur aktyora “Bugatti” HƏDİYYƏ ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.

NOCOMMENT.az bizim.media-ya istinadən bildirir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə “Bugatti” avtomobilini hədiyyə edib.

Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra “Bu, sizə kiçik hədiyyəmdir” sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib:

“Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun”.