Putin Kim Çenə maşın hədiyyə edibbackend

Putin Kim Çenə maşın hədiyyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina avtomobil hədiyyə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Rusiya istehsalı olduğu iddia olunan avtomobilin marka və modeli qeyd olunmayıb.

Xatırladaq ki, hələ ötən ilin sentyabrında Putin Şimali koreyalı həmkarını Rusiya istehsalı “Aurus” avtomobili ilə tanış edib. Bununla belə, Kim Çen In Qərb markalarının yasaqlandığı ölkəsində Almaniya istehsalı “Maybach”da hərəkət etməyə üstünlük verir.