16 yaşlı futbolçunun ölüm anının GÖRÜNTÜLƏRİ YAYILDI

16 yaşlı futbolçunun ölüm anının GÖRÜNTÜLƏRİ YAYILDI

Türkiyənin Keçiörengücü klubunun 16 yaşlı gənc futbolçusu Abdullah Sultanoğlu faciəvi yol qəzasında həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə mayın 16-da Ankaranın Çubuk rayonunda, Cümhuriyyət küçəsində baş verib.

Məlumata görə, Abdullah Sultanoğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan gənc futbolçu dərhal xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, o, üç günlük həyat mübarizəsini uduzub.

Hadisənin baş verdiyi anlar ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb. Ortaya çıxan görüntülər sosial şəbəkələrdə böyük üzüntü ilə qarşılanıb.

Gənc futbolçunun ölümü həm klubda, həm də Türkiyə futbol ictimaiyyətində dərin kədərə səbəb olub.

Sara
NOCOMMENT.az