Cəlilabad sakinini ilan sancıb.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 30 yaşlı Vasif Fərhad oğlu Yayhəyevi ilan sancıb. Bildirilir ki, V.Yəhyayev nəqliyyat vasitəsinə ot yükləyərkən, ilan otların arasında olub və otluq sahədən çıxan ilan onun əlindən sancıb.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanası hospitalizasiya olunub. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.












