İsrail ordusu Qəzza zolağının şimalında və "Sarı Xətt"in şərqində aparılan əməliyyatlar zamanı HƏMAS-ın hərbi infrastrukturunun təmizləndiyini və növbəti yeraltı yolun məhv edildiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bildirilib ki, Şimal Briqadası və 99-cu Diviziyanın komandanlığı altında fəaliyyət göstərən Xüsusi Mühəndislik Bölməsi HƏMAS-ın tunel şəbəkəsinə qarşı əməliyyatları davam etdirir. Bu tədbirlər çərçivəsində bir neçə yüz metr uzunluğunda olan daha bir yeraltı yol aşkar edilərək sıradan çıxarılıb.
Həmçinin İsrail ordusu qüvvələrinin atəşkəs çərçivəsində ərazidə yerləşdirildiyini və istənilən təcili təhlükəni neytrallaşdırmaq üçün əməliyyat tədbirlərini davam etdirəcəyini vurğulayıb.
Sara,











