Araz Musayevə hücumun görüntüləri yayıldı – VİDEO

Araz Musayevə hücumun görüntüləri yayıldı – VİDEO

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə iki qrup arasında çıxan münaqişə nəticəsində baş verib.

Araz Musayev boyun nahiyəsindən bıçaq zərbəsi alıb.

Hazırda, o, dövlət xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxs olduğu bildirilir.